Tuesday, July 23, 2013

Ramazan ayında ömrə əməlinin fəziləti - zerifler

Ramazan ayında ömrə əməlinin fəziləti


Yusif ibni Əbdillah ibni Səlam, nənəsi Ümmü Məqildən nəql etmişdir ki, həzrət Peyğəmbər (s) sonuncu vida həcci yerinə yetirdikdə bizim bir dəvəmiz var idi ki, Əbu Məqil onun Allah yolunda işlədilməsini vəsiyyət etmişdi. Mən xəstələndim, Əbu Məqil isə dünyadan getdi. Həzrət Peyğəmbər (s) həccə gedib,qayıtdıqdan sonra hüzuruna getdim. O Həzrət (s) buyurdu: «Ey Ummu Məqil! Nə üçün bizimlə birlikdə həccə gəlmədin?»

Dedim: Həcc üçün hazırlaşmışdıq ki, Əbu Məqil dünyadan getdi və həccə getmək üçün bir dəvəmiz var idi ki, Əbu Məqil onun Allah yolunda işlədilməsini vəsiyyət etdi.
Həzrət (s) buyurdu: «Nə üçün o dəvə ilə həccə gəlmədin? Həcc də Allah yoludur! Beləliklə bizimlə birgə həcci əldən verdiyin üçün həcc kimi sayılan Ramazan ayında ömrəyə get».

Ummu Məqil deyirdi: »Həcc həccdir, ömrə isə ömrədir. Bunu həzrət Peyğəmbər (s) mənə buyurmuşdur. Amma bilmirəm ki, görəsən təkcə mənim üçün belədirmi?»
Vəlid ibni Səbih nəql etmişdir ki, imam Sadiq (ə)-a ərz etdim: Bizə belə çatmışdır ki, Ramazan ayının ömrəsi həcc ilə bərabərdir.
Həzrət (s) buyurdu: «Bu o qadının haqqındadır ki, həzrət Peyğəmbər (s) ona vəd edərək buyurdu: «Ramazan ayında ömrə əməlini yernə yetir ki, sənin üçün bir həcc kimidir».

Həmmad ibni Osman nəql etmişdir ki, imam Sadiq (ə) ömrəyə getmək istədikdə Ramazan ayının 23-cü gününün sübh çağını gözləyir və o gün ehram bağlayaraq çölə çıxırdı».
Əliyyibni Hədid nəql etmişdir ki, 213-cü ildə Ramazan ayında Mədinənin sakini idim. Fitr bayramı yaxınlaşdıqda, imam Cavad (ə)-a məktub yazaraq soruşdum: Ömrə üçün Ramazan ayında səfərə çıxmağım yaxşıdır, yoxsa ayın sonunadək səbr edib, oruclarımı tutmağım?
O Həzrət (ə) öz xətti ilə mənə məktub yazıb buyurdu: «Allah sənə rəhm etsin. Soruşdun ki, hansı ömrə əməli üstündür. Ramazan ayının ömrəsi üstündür. Allah sənə rəhm etsin».

Həzrət Peyğəmbər (s) buyurub: «Həcc aylarında ömrə əməlini əncam verib geri qayıdan və həcc əməlini yerinə yetirməyən şəxs, müfrədə ömrəsini əncam vermişdir. Əgər həcci əncam versə, onun ömrə əməli təməttö sayılır».
Həzrət imam Sadiq (ə) buyurub: «İmam Hüseyn (ə) Zi Hiccə ayında ömrəni əncam verib, Tərviyə (Zi hiccənin səkkizinci) günündə xalq Minaya tərəf gedən halda, İraqa tərəf getdi. Həcc əməlini əncam vermək istəməyən şəxsin Zi hiccə ayında ömrəyə getməsinin heç bir eybi yoxdur».
Həzrət imam Sadiq (ə) buyurub: «Həcc aylarında müfrədə ömrənin heç bir eybi yoxdur. Daha sonra öz ailəsinə tərəf qayıdır». Həzrət imam Sadiq (ə) buyurub: «Məbtulə (kəsilmiş) ömrə odur ki, bir şəxs Allah evini təvaf edib, Səfa və Mərvə arasında səy etdikdən sonra ehramdan xaric olsun. Daha sonra o saatda qayıtmaq istədikdə, qayıdıb köçür».




/zehra-yolu.com/


http://Zerifler.com saytında oxu

//http://zerifler.com

No comments:

Post a Comment