Tuesday, July 23, 2013

İKİ DOST (HEKAYƏ) - zerifler

İKİ DOST (HEKAYƏ)


Bir gün iki dost səfərə çıxırlar. Səfərdə olan zaman onların arasında mübahisə yaranır. Biri hirslənib o birinin üzünə bir sillə vurdu.
Dostluqda sədaqətli olan şəxs susur və əyilib qum üzərində “bu gün ən yaxın dostum mənə bir sillə vurdu” yazır.

Onlar bir müddət yenə yollarına davam etdilər. Yorulub bir
çay kənarında istirahət edərkən sillə vurulan dost sürüşüb çaya düşür. Sillə vuran dost suya atılıb onu xilas edir. Sudan çıxan dost bir daşın üzərinə “bu gün ən yaxın dostum mənim həyatımı xilas etdi” yazır.

Dostu ondan nə uçun belə etdiyini soruşur.
sillə vurulan və suya düşən Dost deyir: pisliyi quma, yaxşılığı daşa yazmasının səbəbini belə izah edir. Dostluq sədaqət tələb edir.

Pisliyi külək aparsı üçün qum üzərinə, yaxşılığı daşa, qayaya yazmalıyıq ki, həmişəlik qalsın!”


http://Zerifler.com saytında oxu

//http://zerifler.com

No comments:

Post a Comment