Tuesday, July 23, 2013

Mücrü tortu - zerifler

Mücrü tortu

Ərzaqlar:
5 yumurta
1 st. şəkər tozu
1 st. un
soda (sirkədə söndürülmüş)
3 xör. qaş. kakao

İçlik üçün: 1 banka qatılaşdırılmış süd
150 qr. kərə yağı
doğranmış meyvə (istədiyiniz meyve -banan,üzüm, qoz və s.)

Hazırlanması: Yumurtani şəkər tozu ilə qarışdırın. Sodani əlavə edin, sonra unu və kakaonu əlavə edin. Tavaya yağ çəkib xəmiri içinə tökün. 200 dərəcə isinmiş sobada bişirin.Soyuyandan sonra biskvitin üstünü nazik kəsin.Bu onun qapağı olacaq. Biskvitin içini ovub çıxarın. Ovulmuş içliyi kremlə qarışdırın. Meyvəni də əlavə edin. (Krem - qatılaşdırılmış südü yağ ilə mikserdə çalın). Biskvitin içinə yığın. Qapağını örtün.


http://Zerifler.com saytında oxu

//http://zerifler.com

No comments:

Post a Comment