Tuesday, July 23, 2013

Dünyanın ən qəribə sevgililəri - zerifler

Dünyanın ən qəribə sevgililəri

\"Bir-birimizi çox sevirik. Hətta həyatımızdan da çox. Ayrılıqda necə yaşaya biləcəyimizi ağlımıza belə, gətirmirik\"

17 yaşlı amerikalı Eyrin Endryus sevgilisi Keti Hilli dəlicəsinə sevdiyini deyir. İlk baxışdan normal durumdur: iki gənc bir-birini sevir. Di gəl, bu gənclər dünyanın ən qəribə sevgililəridir.
Çünki oğlan əvvəllər qız, qız da oğlan idi.

ABŞ-ın Oklahoma ştatındakı Talsa şəhərində yaşayan Eyrin Endryus və Keti Hill az sonra evlənəcəklərini, ailə quracaqlarını deyirlər.
Toyda da təbii, Eyrin təzə bəy, Keti isə gəlin olacaq.
Halbuki Ayrin əvvəllər Emerald adlı qız, Keti isə Lyuk adlı oğlan idi.
Onların ikisi də cinsiyyətin dəyişdirilməsi ilə bağlı əməliyyatlara məruz qalıblar.
Bu minvalla iki il əvvələdək qız olmuş Emerald cinsini dəyişərək oğlana, oğlan olmuş Lyuk isə Keti adlı qıza çevrilib.

19 yaşlı Keti ilə 17 yaşlı Eyrin Talsa şəhərinin yaxınlığındakı Oulaq gölünün sahilində jurnalistlərin suallarını cavablayıblar.

Universitet tələbəsi Ketinin sözlərinə görə, onun cinsdəyişdirmə əməliyyatı 35 min dollara başa gəlib: \"Əməliyyatın xərclərini mənə yardım edən anonim sponsor ödədi\".

Eyrin isə hələ məktəbdə oxuyur. O, yeni \"kişi vücudu\" ilə qürurlandığını söyləyib.

\"Qadın bədənimə nifrət edirdim. İndi isə rahat gəzirəm və özümü əla hiss edirəm. Zalda məşq edəndə də artıq utanmıram, çünki hamı məni hələ ki arıq oğlan sayır və əvvəllər qız olduğumu bilmir\", - Ayrin Endryus deyib.

Gənclərin dediklərinə görə, onların qərarlarını ailələri də dəstəkləyib.

Eyrinin anası Deniz Endryus deyir: \"Oğlum uşaqlıq yaşlarından qız kimi davranırdı. Görünür, indi Keti olmaq onun üçün daha yaxşı, daha rahatdır. İstənilən halda bu, onun həyatıdır və mən də oğlumun seçimi ilə razılaşmaq məcburiyyətindəyəm\".


Dünyanın ən qəribə sevgililəri

Dünyanın ən qəribə sevgililəri

Dünyanın ən qəribə sevgililəri

Dünyanın ən qəribə sevgililəri





/Milli.Az/


http://Zerifler.com saytında oxu

//http://zerifler.com

No comments:

Post a Comment