Bir vəzir yoxsullara, ehtiyacı olanlara dövlət xəzinəsindən borc pul verir, borc alanlar “Borcumuzu nə vaxt qaytaracağıq?” — deyə soruşanda “Padşahımız öləndə qaytararsınız”, — deyə cavab verirdi.
Bunu eşidən bir nəfər tez padşahın yanına gedir və deyir: “Qibleyi-aləm, sizin vəziriniz xəzinədən ehtiyacı olanlara borc pul verir, özü də “Padşahımız öləndə qaytararsınız”, — deyir. Deməli niyyəti pisdir ki, sizin tezliklə ölməyinizi istəyir”.
Bunu eşidən padşah vəzirindən inciyir. Ancaq yenə də onu hüzuruna çağırıb, deyilənlərin doğru olub-olmadığını öyrənmək istəyir.
Vəziyyətin nə yerdə olduğunu anlayan vəzir padşahın ürəyini yumşaldan bu sözləri deyir: “Padşahım, deyilənlər doğrudur. Mən xəzinədən ehtiyacı olanlara borc pul verir, sonra da onlara “Padşahımız öləndə qaytararsınız”, — deyirəm. Ancaq mən bunu sizin ölməyinizi istədiyim üçün yox, əksinə daha çox yaşamağınız üçün edirəm.
Bilirsiniz ki, hər borcluya borcunun vədəsi qısa görünür, vədə tamam olmasın deyə dua edir. Bu, o deməkdir ki, borclular borclarını gec qaytarsınlar deyə, sizin ömrünüzün uzanması üçün dua edirlər. Allah qatında ən məqbul dualardan biri də borclu qullarının duasıdır”.
http://Zerifler.com saytında oxu
//http://zerifler.com
No comments:
Post a Comment